Kommunist Manifesti

Kommunist Manifesti
ing. The Communist Manifesto
Müəlliflər Karl MarksFridrix Engels
Orijinalın dili Alman dili
Ölkə Birləşmiş Krallıq
Orijinalın nəşr ili 1848
Səhifə 73
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl MarksFridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir.

Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi.

2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı.


Developed by StudentB